Top.Mail.Ru
SOSİAL

“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 382-ə çatıb


Marafona bu günədək 1672 vakansiya təqdim edilib, həmin vakansiyalar üzrə artıq 389 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliydən Kaim.az-a verilən məlumata görə, ƏƏSMN-i tərəfindən iki ay əvvəl başladılan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı hər gün artmaqda davam edir. Şəhid ailəsi üzvləri, Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan marafonda iştirak edən işəgötürənlərin sayı artıq 382-ə çatıb. Onlardan 183-ü dövlət, qalanları özəl müəssisələrdir. Həmin işəgötürənlərin 227-si xidmət, 105-i emal, 32-si kənd təsərrüfatı, 18-i tikinti sahəsinə aiddir.

İşəgötürənlər tərəfindən “Məşğulluq marafonu” çərçivəsində müvafiq e-sistemə daxil edilən vakansiyaların sayı isə 1672-yə çatıb.

Təqdim edilən vakansiyalar üzrə şəhid ailəsi üzvləri, Vətən müharibəsində yaralanmış qazilərin işlə təminatı prosesi də davam edir. Həmin vakansiyalar üzrə artıq 389 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 299-u qazi, qalanları şəhid ailəsi üzvləridir.

Marafona qoşulmaq istəyən işəgötürənlər

vakansiyaları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilərlər.

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə layihə çərçivəsində işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq və özləri haqqında məlumatları qeyd edərək müraciət edə bilərlər.

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu
Close
Back to top button