Top.Mail.Ru

SOSİAL

MİDA MMC gəlirlərini iki dəfədən çox artırıb

“Mənzil İnşaatı Dövlət Agentliyi” (MİDA) MMC-nin 2019-cu il üzrə cəmi xalis mənfəəti 4 milyon 902,7 min manat olub.

Bu barədə 2019-cu il üzrə “MİDA” MMC-nin illik maliyyə hesabatlarının audit rəyində məlumat verilib.

Hesabata əsasən, 2019-cu ildə qurum əvvəlki ilə nisbətən xalis mənfəətin həcmini 2,2 dəfə artırıb.

2019-cu ildə qurumun müştərilərlə bağlanmış müqavilələri üzrə gəlirlərinin həcmi 57,4 milyon manat olub, bu müqavilələrin maya dəyəri isə 46,2 milyon manat olub.

2019-cu ilin audit hesabatı üzrə müştərilərlə bağlanmış müqavilələr üzrə ümumi mənfəəti 11,2 milyon manat təşkil edib.

2019-cu ildə qurumun maliyyə gəlirlərinin həcmi 3,7 milyon manat təşkil edib. Maliyyə xərclərinin həcmi isə 1,5 milyon manat olub.

Cari il üzrə vergidən əvvəlki mənfəət 6,1 milyon manat olub, mənfəət vergisi xərci isə 1,2 milyon manat təşkil edib.

“MİDA” MMC güzəştli mənzillərin tikintisi ilə məşğul olan Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən yaradılıb.

Nigar Məmmədova

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button