Top.Mail.Ru

SOSİAL

Sərt karantin ilə bağlı AÇIQLAMA: Məktəblər bağlanacaq, 190 deyil, 200 manat verilməlidir


Bildiyimiz kimi, Azərbaycanda yoluxma sayının artması ilə əlaqədar sərt karantin tədbirlərinin qəbul edilməsi gözlənilir. Bəs bu qərar qəbul edilərsə hansı sahələrdə qapanmaq gözlənilir?

Bu barədə Kaim.az-a açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirdi ki, məhdudiyətlər gözləniləndir, ancaq müvəqqəti qadağaların ötənilki kimi SMS-icazə, mağazaların, ictimai-iaşə obyektlərinin tamamilə bağlanması, ictimai nəqliyyatın fəaliyyətinin tamamilə dayandırılması formasında olacağını güman etmir.

Loading...
Yazının davamı reklamdan sonra

“Bilirsinizmi, bu qapanmalar hökümətə də sərf etmir. Bir tərəfdən vergi ödəmələrində və gömrük daxil olmalarında azalmalar olacaq, digər tərəfdən KOB subkeytlərinə dəstək paketləri, məhşur “190 manat” ödənişlərinin təkrarlanması kimi ciddi həcmdə əlavə xərclər lazım olacaq. Hələ təxmini 5%-li inflyasiyanı nəzərə alarsaq, 190 manat 200 manatla əvəz edilməlidir. Odur ki, iqtisadi aktivliyə ciddi mənfi göstərən və əlavə xərc zərurətləri yaradan qapanmalar ehtimalı azdır”.

Koronavirusun dördüncü dalğası ilə bağlı sərt qapanmaya məruz qalacaq sahələrə gəldikdə isə ekspert bildirdi ki, öncə maska ilə bağlı qərarlar sərtləşdiriləcəkdir.

“İqtisadi zərərlə müşahidə edilməyən və ya az təsirlənən sahələrdə məhdudiyyətlər tətbiq edilə bilər. Beləcə görünən budur ki, sərtləşmə olarsa “ağızlardan” başlayacaq. Birinci maskalarl ilə bağlı qayda sərtləşdiriləcək, ardınca da məktəblər bağlanacaq”.

Gülbəniz Hüseynli / Kaim.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button