Top.Mail.Ru

SOSİAL

Bu il məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin SAYI ARTIB

Ötən ilin 6 ayı ilə müqayisədə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı 23,8 faiz artaraq 821 nəfər olub ki, onların da 77,8 faizini qadınlar, 0,5 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edir.

Dövlət Statistika Komitəsindən KAİM.az-a verilən məlumata görə, bu cinayətlər nəticəsində zərərçəkmiş şəxslərin sayında Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 1,5 dəfə, Mil-Muğan iqtisadi rayonu üzrə 20,0 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 16,2 faiz, Abşeron-Xızı iqtisadi rayonu üzrə 1,2 faiz azalma, Lənkəran-Astara iqtisadi rayonu üzrə 2,3 dəfə, Qarabağ iqtisadi rayonu üzrə 1,8 dəfə, Qazax-Tovuz iqtisadi rayonu üzrə 1,6 dəfə, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 1,5 dəfə, Mərkəzi Aran iqtisadi rayonu üzrə 42,2 faiz, Şirvan-Salyan iqtisadi rayonu üzrə 20,4 faiz, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 18,8 faiz, Bakı şəhəri üzrə isə 17,8 faiz artım müşahidə olunub.

Mənbə
KAİM.AZ

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button