Peyvənd olunmayanlar supermarketlərə BURAXILMAYACAQ? – AÇIQLAMA

“Sentyabrın 1-dən koronavirus vaksini vurdurmayan şəxslər iri ticarət və ictimai iaşə obyektlərinə buraxılmayacaq. Peyvənd olunmayan şəxs obyektə daxil olarsa, həmin vətəndaş deyil, obyekt sahibi cərimələnəcək.
“Polislər bu işə ciddi nəzarət həyata keçirəcək: Monitorinq qrupları yaradılacaq. Bu qruplarda xidmətə cəlb olunan polis əməkdaşları həm xidməti, həm də mülki geyimdə olacaqlar”.
Elşad Hacıyev həmçinin vurğulayıb ki, hər hansısa obyektə daxil olan şəxs ən azı birinci dozanı qəbul etməlidir.
“Sentyabrın 1-dən koronavirus infeksiyasına qarşı birinci doza peyvənd olunan şəxslər iri ticarət və ictimai iaşə obyektlərinə buraxılacaq. Oktyabrın 1-dən isə iki doza peyvəndi qəbul etməyən şəxslərin bu tip obyektlərə buraxılması qadağandır”.
Bəs Covid 19 pasportu supermarketlərə giriş zamanı da tələb olunacaqmı?
“Nazirlər Kabinetinin konkret qərarında necə yazılıbsa o şəkildə də covid pasportu tələb olunacaqdır”.
Gülbəniz Hüseynli
Mənbə
KAİM.AZ