Top.Mail.Ru
SOSİAL

Xahiş edirəm, həyatınızla BELƏ zarafat etməyin: Millət vəkili VƏTƏNDAŞLARA SƏSLƏNDİ


“Cümlələrin sonunu kəsib başını “Tik tok”da paylaşmaları insanlar arasında ciddi çaşqınlıq yaratmaqdadır. Ən əsası isə sözünün və əməlinin məhsuliyyətini dərk etməkdə çətinlik çəkən həmin insanlar, hər mövzu haqqında tibb ekspert kimi konkret fikirlər və iradlar bildirməkdədir”.

Kaim.az xəbər verir ki, bu açıqlamanı tibb üzrə elmlər doktoru, millət vəkili Rəşad Mahmudov bildirib. O vətəndaşlara səslənərək qeyd edib ki, hazırda səhiyyəmiz, tibb işçiləri və eləcə də cəmiyyətimiz ağır sınaqdan keçir. Biz bütün çətinliklərimiz ilə həmrəyliyə və qarşılıqlı hörmətə ən çox ehtiyac olan dönəmdəyik.

“Sübuta yetirilmiş dürüst bilgiyə söykənən, söz demədən öncə məhsuliyyətini dərk edən və məntiqi təfəkkür qabiliyyəti olan insanlara gün keçdikcə daha çox ehtiyac hiss olunur. Əfsuslar olsun ki, cəmiyyətin bəzi üzvlərinin və bəzən də həmkarlarımız dünyadakı və ölkəmizdəki epidemioloji hadisələri analiz etmə bacarığı olmadan, sosyal mediada qəti fikir bildirirlər. Xahiş edirəm həyatımızla, sevdiklərimizlə, bu xəstəliklə gecə- gündüz demədən vicdanla mübarizə aparan səhiyyə işçiləri ilə, dövlətin bu günə gədər ortaya qoyduğu mübarizə ilə, hal-hazırda xəstəxanalarda can çəkişən minlərlə insanımızla, evlərdə yoluxub qorxu içində yaşayan milyonlarla vətəndaşımız ilə zarafat etməyin”.

Rəşad Mahmudov deyib ki, bəşəriyyət son 100 ilin ən ağır sınağından keçir. Belə çətin və ağır günlərimizdə bu şəkildə yanaşmalar qəbuledilməzdir, günahdır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button