Top.Mail.Ru
SOSİAL

Supermarketlərə giriş üçün COVID pasportu LAZIMDIR? – Marketlərdən AÇIQLAMA


İri ticarət mərkəzlərinə Covid pasportu tələbinin, böyük marketlərə də tətbiq olunub-olunmayacağı vətəndaşlar arasında sual doğurur.

Kaim.az xəbər verir ki, məsələ ilə bağlı “Bizim Market” supermarketlər şəbəkəsinin Marketinq departamentinin direktoru Pərviz Əzimov ökə.az-a açıqlamasında bildirib ki, iri ticarət mərkəzlərinə daha əvvəl də tətbiq olunan məhdudiyyətlərdə böyük marketlər nəzərə alınmayıb:

“Dövlət qurumu nümayəndələrinin açıqlamalarına baxdıq. Eləcə də, belə bir tələb olduğu təqdirdə COVID pasportunun necə yoxlanmalı olması ilə bağlı prosedurla maarqlandıq. Lakin bizə nə Nazirlər Kabineti yanında Operativ Qərargah, nə də Qida Təhlükəsizliyi Agentliyi tərəfindən belə bir tələb qoyulmayıb. Bu səbəbdən, biz müştəriləri COVID pasport olmadan marketə buraxırıq”.

“Araz” super marketlər şəbəkəsinin mətbuat katibi Nuranə Babayeva bildirib ki, qanuvericilikdə konkret olaraq ərzaq məhsullarının satışı mağazalarına bu tələbiin aid edilməsi ilə bağlı hər hansı birbaşa tələb nəzərdə tutulmayıb: “Marketimizdə isə geyim və digər məhsullar satılmır. Lakin mağaza əməkdaşları və personallarımız demək olar ki, hamısı peyvəndlənib və bu pasportlar var”.

“Bravo” supermarketlər şəbəkəsindən də məsələyə münasibətdə qeyd olunur ki, “Bravo” marketlərinin həm böyük formatlı, həm kiçik formatlı filialları üçün belə bir məhdudiyyət mövcud deyil. “Sadəcə iri ticarət mərkəzləri içərisində yerləşən filiallarımızda belə məhdudiyyət həmin ticarət mərkəzlərinə giriş tələbi ilə eynidir.

Bravo marketlərdə yerləşən “Bravo” kafeləri üçün də belə bir məhdudiyyət nəzərdə tutulmayıb. Müştərilər mağaza daxilində təklif olunan bütün xidmətlərdən istifadə edə bilər”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button