Top.Mail.Ru

SOSİAL

GMO nədir? Onun insan orqanizminə hansı fəsadları var? – ARAŞDIRMA

Geni dəyişdirilmiş qidalar son zamanlar ciddi müzakirə mövzusuna çevrilib. Mütəmadi olaraq Beynəlxalq Səhiyyə və Qida təşkilatları bu məhsulların insan orqanizmi üçün ciddi təhlükəsi olduğu ilə bağlı açıqlamalar verir. Bəs biz GMO haqqında yetərli bilgiyə sahibmiyik?

Dünyanın “zəhərli bomba” “təhlükəli ölüm” “21-əsrin dəhşəti” adlandırdığı GMO nədir?

Onun hansı fəsadları var?

Loading...
Yazının davamı reklamdan sonra

Gen köçürülmüş orqanizm genetik yeniləşdirilmiş və ya genetik modifikasiya olunmuş orqanizm – GMO adlanır.

Orqanizmlərin genomunu dəyişdirmək üçün seçilmiş gen bakteriyalardan, viruslardan, heyvanlardan götürülərək digər bir-birindən uzaq orqanizmlərə yeridilir. Bəzi bitkilərə əqrəb, balıq, siçan kimi heyvanların genləri vurularaq istifadə müddəti uzadılır.Gen mühəndisliyi adlandırılan bu sahədə əslində bir çox məqamlar gizli saxlanılır.

Geni ən çox dəyişdirilən məhsullar siyahısına margarın , düyü , yağ, qarğıdalı, qarğıdalı nişastası, ondan hazırlanan un məmulatları, hazır qidaların, toz halında satılan paketlənmiş məhsullardır. Daha çox istifadə etdiyimiz meyvə və tərəvəzlərində geni modifikasiyaya uğramış məhsullar siyahısına daxildir.

 

Avropa Məhkəməsi 2011-ci ildə tərkibində geni dəyişdirilmiş orqanizləri olan məhsulların satışına qadağa tətbiq edib. Almaniyada 2009-cu ildən GMO tərkibli qarğıdalı tamamən satışdan çıxarılıb.Bir çox qeyri-hökümət təşkilatları GMO-ın satışını boykot etdiyi kimi Yeni Zelandiya və Tayland kimi ölkələrdə isə bu məsulların satışı qadağan edilib. xarici Xarici genlərin həzm sistemində tamamilə həll olunmadığı, bəzi hissələrinin qalın bağırsağa qədər çatdığı, hətta qalın bağırsaqdakı bakteriyaların içinə girib, bakteriyaların genetik quruluşunu dəyişdirdiyi iddia edilir. Düzdür belə məhsulların insan orqanizmasına mənfi təsiri hələlik tam müəyyənləşdirilməyib. Lakin heyvanlar üzərində aparılan araşdırmalar GMO-ların zərərsiz olmadığını göstərir. Məsələn, Şotlandiyanın Rowett İnstitutundan Dr. Arpad Pusztainin genetikası dəyişdirilmiş kartof ilə bəslədiyi siçanların hamısının daxili orqanlarında kiçilmə, həzm sistemlərində pozğunluq, immunitet sistemlərində çökmə, qan strukturlarında pozulma meydana gəlib. Avstriya Kənd Təsərrüfatı və Səhiyyə Nazirliyinin maliyyəsi ilə Vyana Universitetinin keçən il apardığı araşdırmada isə GMO-lu qidaların verildiyi siçanların üç dörd nəsil sonra çoxalma qabiliyyətlərini itirdikləri aşkarlanıb. Müstəqil araşdırmalara görə, geni modifikasiya edilmiş məhsulların antibiotiklərə qarşı müqavimət yaratdığı, allergiya, orqanlarda kiçilmə, qanın biyokimyasında

pozulma,sonsuzluq, ölü doğum nisbətində ciddi artım, gələcək nəsillərdə boy və çəki əskikliyinə səbəb olduğu aşkarlanıb. Bütün bunlara baxmayaraq, belə məhsulların zərərli olmadığını iddia edənlər də var. Ancaq, bir çox ölkədə məsələn Fransa, İsviçrə, Tayland, Səudiyyə Ərəbistanı, Boliviya, Polşa, Macarıstan və Gürcüstanda genetikası dəyişdirilmiş məhsulların qadağan edilməsi bunların zərərli olduğunu göstərir. İtaliyada aparılan araşdırma əsasında müəyyən edilmişdir ki, marketlərdə satılan hər dörd süddən birinin tərkibində gen parçalarına rast gəlinib.

GMO, bir orqanizmin öz xüsusiyyətlərindən daha çox başqa bir orqanizmə xas olan xüsusiyyətlərinə sahib olması deməkdir. Bu, insan səhhətində mənfi hormon təsirlər yarada bilir. Bu şəkildə immunitet sistemi də pisləşir və sağlamlıq problemləri artır. Hər hansı bir bitkinin geni başqa bir bitkiyə köçürüldükdə, həmin bitkinin xüsusiyyətlərini alır və bu bitkiyə qarşı alergiyası olan biri onu yeyərsə, təhlükə yaradır. GMO-lu qidalar insan orqanizminə mənfi təsir edərək imunitet sistemini zəiflədir. GMO məhsulların xərçəng xəstəliyi ilə əlaqəli olduğu və xərçəng yaratdığ faktıda təsdiqlənmişdir. 2 il eyni qidanın GMO-lu və GMO-suz forması ilə qidalandırılan siçanlar üzərində aparılan təcrübədə geni dəyişdirilmiş orqanizmlə xərçəng xəstəliyi arasında güclü əlaqə olduğu təsbit edilmişdir. GMO-lu məhsullarla qidalanan heyvanlarda daha çox qaraciyər xərçəngi riski sübut olunmuşdur.

Greenpeace Səhiyyə Təşkilatı GMO-in insan orqanizminə fəsadlarını araşdırmışdır.Nəticədə bu məhsulların qeyd edilən xəstəliklərdən əlavə fəsadları olduğu da aydınlaşmışdır. Geni dəyişdirilmiş məhsullar ölümcül alegiyaya səbəb olduğunu iddia edilir. Bunlardan hazırlanan məhsullar bədənin yoluxucu xəstəliklərə qarşı mübarizəsin zəiflədir.

Xüsusilə uşaqlar üçün təhlükəli olan bu qidalar, uşaq qidalarından da yan keçmir. ABŞ-ın Uşaq Sağlamlıq və Xəstəlikləri Araşdırma Mərkəzinin tərəfindən aparılan araşdırmada uşaq yeməkilərinin tərkibində GMO-lu arsenik olduğu müəyyən edilib. Bu uşaq yeməkləri arasında Azərbaycanda da çox satılan “Danone” , “Aptamil” kimi uşaq qidalarının adları da var.

Mütəxəssislər hazırda GMO-lərin həyatımızdan tamamilə çıxarmağın mümkün olmadığını qeyd edirlər. Ancaq məhullar arasında seçim edərkən diqqətli olaraq azda olsa qorxunc fəsadlar yaradan GMO-lu qidalardan uzaq durmaq mümkündur.

 

Şəbnəm Zahir

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button