Top.Mail.Ru

SOSİAL

Gədəbəy və Şamaxıya dolu yağıb – FAKTİKİ HAVA


Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Kaim.aza verilən xəbərə görə, oktyabrın 19-u saat 14:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Düşən yağışın miqdarı Şamaxıda 17.0 mm, Qobustanda 13.0 mm, Daşkəsəndə 8.0 mm, Ağdərədə (Ordubad) 7.0 mm, İsmayıllıda 6.0 mm, Ağsuda 5.0 mm, Kişçay (Şəki), Oğuz, Gədəbəydə 5.0 mm, Beyləqan, İmişlidə 4.0 mm, Cəfərxan, Sabirabadda 3.0 mm, Hacıqabul, Ağdam, Ordubad, Şahbuzda 2.0 mm, Naxçıvan, Şərur, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Şəki, Altıağac, Qusar, Qəbələ, Tərtər, Bərdə, Yevlax, Göyçay, Salyan, Bİləsuvar, Yardımlı, Göytəpə, Sarıbaşda (Qax) 1.0 m-dək olub.

Loading...
Yazının davamı reklamdan sonra

Oktyabrın 18-də isə saat 14:35-14:40 radələrində Gədəbəy rayonu ərazisinə, saat 22:35-23:55 radələrində isə Şamaxı rayonuna xırda dənəli dolu yağıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button