Top.Mail.Ru
SOSİAL

Bakıda dini toy karvanı: 16 avtoxuliqan tutuldu – Hətta biri axtarışda imiş… / VİDEO


Bakıda dini bayraqlarla toy karvanı təşkil edilib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Videodan görünür ki, maşınlar dini mahnıların müşayiəti altında hərəkət edirlər.

DİN Mətbuat Xidmətindən Kaim.az-a verilən açıqlamada qeyd edilib ki, hadisə oktyabrın 24-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb.

Karantin rejimi qaydalarını pozaraq yaşadıqları ünvanda Ağaverdi Balaəhmədov üçün toy şənliyi təşkil edən Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov saxlanılıb. Şənlikdə iştirak edənlərin bir neçəsinin COVID-19 pasportu olmadığı üçün onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, 200 manat məbləğində cərimə ediliblər.

Loading...

Avtomobil karvanında iştirak edərək avtoxuliqanlıq hərəkəti etmiş 16 sürücünün avtomobilləri cərimə meydançasına aparılıb. Toy iştirakçılarından olan Füzuli Malıyevin hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button