Top.Mail.Ru
SOSİAL

Telefonların yeni qeydiyyat rüsumları belə olacaq – SİYAHI

Azərbaycanda şəxsi istifadə üçün xaricdən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun dərəcələri və ödənilməsinin xüsusiyyətləri müəyyənləşir.

KAİM.az-ın məlumatına görə, bu barədə məsələ bu gün Milli Məclisin plenar iclasında müzakirə ediən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən aşağıdakı rüsumlar müəyyənləşir:

Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat;
Bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat;
Bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60 manat;
Bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat;
Bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda – 100 manat;
Bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat dövlət rüsumu tutulacaq.

Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button