Top.Mail.Ru

SOSİAL

Azərbaycanda 1 617 nəfər koronavirusa yoluxdu – 22 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 617 yeni yoluxma faktı qeydə alınıb, 1 979 nəfər müalicə olunaraq sağalıb.

KAİM.az-ın məlumatına görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 584 121 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 549 333 nəfər müalicə olunaraq sağalıb, 7 789 nəfər vəfat edib. 26 999 nəfər aktiv xəstə sayını təşkil edib.

Loading...

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 982, bu günə qədər isə ümumilikdə 5 509 701 test icra olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button