Top.Mail.Ru

SOSİAL

Quba, Xaçmaz və Qusar rayon sakinləri üçün əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Quba rayonunda əmək yarmarkası keçirilib.

KAİM.az xəbər verir ki, Quba, Xaçmaz və Qusar rayonlarını əhatə edən aktiv məşğulluq tədbirinə 250-ə yaxın yerli sakin qatılıb. Aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 23 müəssisə tərəfindən 205 vakant iş yeri təqdim edilib.

Vakansiyalar üzrə müraciət edən şəxslər aidiyyəti üzrə yönləndirilib və seçdikləri vakansiyalar üzrə onların göndərişlərinin tərtib edilməsinə başlanıb.

Loading...
Yazının davamı reklamdan sonra

Yarmarkada öz kiçik biznesini qurmaq istəyən şəxslərə özünüməşğulluq proqramı, əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslərə isə peşə hazırlığı barədə məlumat verilib.

Yarmarkanın keçirilməsində əsas məqsəd işəgötürənlərlə işsiz şəxslərin birbaşa təmasını yaratmaq, işsiz və işaxtaran vətəndaşları vakansiyalar barədə məlumatlandırmaqdır.

Tədbirdə həmçinin, əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi də təşkil edilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button