Top.Mail.Ru

SOSİAL

XƏBƏRDARLIQ! Azərbaycanda bu tarixdən hava KƏSKİN DƏYİŞƏCƏK…

“Yanvarın 26-dan 27-nə keçən gecədən başlayaraq əvvəlcə Naxçıvan Muxtar Respublikasında, yəni ölkənin qərb rayonlarında hava şəraiti yağıntılı olacaq, qar yağacaq”.

KAİM.az xəbər verir ki, bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Türkiyədəki qarlı havanın Azərbaycana təsiri barədə danışarkən deyib.

O qeyd edib ki, Azərbaycanda yanvarın 26-da hava şəraitinin nisbətən mülayim keçməsi gözlənilir: “Əksər rayonlarda axşamadək hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu yanvar ayının iqlim normasına uyğun olacaq. Lakin yanvarın 27-də gün ərzində və 28-nə keçən gecə respublikanın ayrı-ayrı rayonlarında havanın yağıntılı keçməsi, su qar yağması gözlənilir. Dağlıq və dağətəyi rayonlarda qar yağacaq və bir qədər intensivləşəcək”.

Loading...
Yazının davamı reklamdan sonra

U.Tağıyevanın sözlərinə görə, Türkiyə ilə müqayisədə hava şəraiti Azərbaycanda daha yumşaq formada özünü göstərəcək: “Yanvarın 27-si günün ikinci yarısında axşama doğru rayonlarda və paytaxtda şimal-qərb klükəyinin güclənmsəi gözlənilir. Küləyin ani maksimal sürəti 15-20, arabir 23-25 m/s-dək olacaq. Yanvarın 28-də gündüz saatlarında külək mülayimləşəcək. Yağıntıların kəsilməsi isə yanvarın 28-i axşama doğru gözlənilir. Sonrakı iki-üç gün ərzində hava şəraiti sabit, mülayim və əsasən yağmursuz keçəcək”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button