Top.Mail.Ru
SOSİAL

Ağalar Vəliyevin rəqibi də ETİRAZ ETDİ – “Heç olmasa 15 nəfər varmı?”

Ümumiyyətlə, seçki kampaniyası boyunca da realda məğlubiyyəti şübhə doğurmayan, tanınmış iş adamı “Kristal Abşeron”un sahibi Ağalar Vəliyev göründüyü kimi, 57 saylı Xaçmaz şəhər seçki dairəsindən qalib elan edilməkdədir.

Dia-az.İnfo bildirir ki, əvvəlki seçki dairəsi Goranboy rayonunda olan Ağalar Vəliytev elə də nüfuz sahibi deyil ki, Azərbaycanın istənilən nöqtəsində şəkksiz qələbə qazansın və bu səbəbdən administrativ rıçaqların onun xeyrinə işlədiyi şübhəsizdir.

Saytların yığılması Saytların yığılması

Elə bu şübhəni sözügedən seçki dairəsindən namizəd olan Samid Saar da açıqlayıb.

“Xaçmazlılar” sosial qrupunda ilkin nəticələrə reaksiyasını açıqlayan rəqibi Ağalar Vəliyevin “qələbəsini” belə dəyərləndirir:

“Bu gözəl qrupda (“Xaçmazlılar” sosial qrupu nəzərdə tutulur -red.) 15000 üzv var. Heç olmasa 15 nəfər qeyd edə bilərmi Ağalar Vəliyevə səs verib? Amma səmimi qəlbdən yazsın ki, bəli mən özüm şəxsən istəyərək gedib o adama səs verdim. 15.000 Xaçmazlıdan 15 nəfər varmı?”

Qeyd edək ki, əksəriyyət Ağalar Vəliyevin əleyhinə rəy paylaşdığından rəqibinin haqlı olduğu şübhə doğurmur…

KAİM.az

Bənzər yazılar