Top.Mail.Ru
SOSİAL

Azərbaycanda bu əməkhaqqı modeli LƏĞV OLUNUR: Yeni ödəniş növü belə tətbiq OLUNACAQ

Azərbaycanda aylıq minimum maaş saatlıq minimum maaşla əvəz edilə bilər. Əmək Məcəlləsinə görə, hazırda Azərbaycanda minimum əməkhaqqı aylıq müəyyən edilir və bir ay çalışan işçiyə 345 manatdan az maaş vermək olmaz.

Lakin yeni sistemdə hesablama fərqli aparılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Azərbaycanda aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəzlənməsi ilə bağlı təkliflər üzərində çalışır.

Saytların yığılması Saytların yığılması

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Referans.az-a bildirib ki, bir çox ölkələrdə saatlıq minimum əməkhaqqından istifadə edilir:

“Yeni dəyişikliyin minimum əməkhaqqının artırılmasına heç bir təsiri olmayacaq. Məbləğin artırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə noyabrın birinə qədər təkliflərin hazırlanıb təqdim olunması tapşırılıb. Bu hesablama qaydası dəyişmədikdən əvvəl də minimum əməkhaqqının artırılmasının şahidi olmuşuq. Yəni bu artırılma deyil, sadəcə hesablama qaydasının dəyişməsidir. Bu praktika Qərb ölkələrində çoxdan var. Daha yaxşı bir praktikadır. Əslində daimi iş yeri olan şəxslər üçün bunu elə ciddi bir təsiri olmayacaq. “Bunu niyə belə edirlər?” sualını cavablandırmalı olsaq, onu demək olar ki, ilk növbədə bu Dövlət Əmək Müfəttişliyi Xidmətinin işini asanlaşdıracaq və nəzarətin gücləndirilməsində ciddi rol oynayacaq”.

İqtisadçı qeyd edib ki, vətəndaş həmin ayda ondan çox saat da işləyə bilər, ondan az saat da işləyə bilər, amma cari minimum aylıq əməkhaqqı sistemində buna nəzarət məhdud idi. Onun sözlərinə görə, bu həm işçi hüquqlarının qorunması, həm də vergilərin toplanılması baxımından müasir bir yanaşma olacaq: “Təəssüf ki, Azərbaycanda minimum aylıq əməkhaqqı aşağı olduğuna görə, Azərbaycan ailəsi, Azərbaycan işçisi bunu çox da ciddi hiss edə bilmir. Amma gələcəkdə işlərin qaydaya salınması və nəzarətin yaxşılaşdırılması baxımından çox müsbət addımdır”.

Bənzər yazılar