Top.Mail.Ru
SOSİAL

Bu şəxslərin əməkhaqqına ƏLAVƏLƏR EDİLDİ – 2000 manat maaş ALACAQLAR

Ümumi təhsil müəssisələrinin direktorlarının aylıq əməkhaqqına şagird sayından asılı olaraq əlavələr tətbiq edilir. 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən  verilən məlumata görə, təhsilverənlərin sertifikatlaşdırılması nəticələrinə müvafiq olaraq, 2023-cü ildə 23000-dən çox, 2022-ci ildəkilərə görə isə 9000-ə yaxın müəllimin əmək haqlarına əlavələr tətbiq olunub.

Saytların yığılması Saytların yığılması

Ümumilikdə 32000-ə yaxın müəllimin əməkhaqqına əlavələr ödənilir.

 

Məlumatda bildirilib ki, 897 direktor 1000 manatdan yüksək əməkhaqqı alır. Onlardan 285-i 1000-1500 manat, 456-sı 1500-2000, 156-sı isə 2000-dən çox maaş alır.

Qeyd edək ki, əməkhaqqına əlavələrin tətbiq edildiyi direktorların rəhbərlik etdiyi müəssisələrdəki şagird sayı ölkədəki bütün şagirdlərin 64% -ni təşkil edir.

 

Bənzər yazılar