Top.Mail.Ru
SOSİAL

Oğlu könüllü olaraq müharibədə iştirak edən DAİM direktoru 94 şəhid ailəsi ilə görüşüb…

2016-cı ildə Cəlilabadda Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) yaradıldıqdan sonra aqrar sahəyə göstərilən dövlət dəstəyi ölkəmizin hər yerində olduğu kimi, iri taxılçılıq rayonu kimi tanınan Cəlilabadda da ilbəil uğurların əldə olunmasına stimul verir. 

2019-cu ilin payızında 63 min 887 hektar sahədə taxıl əkini həyata keçirilib ki, onun da 54 min 979 hektarını buğda, 4608 hektarını arpa, 4300hektarını isə vələmir təşkil edir. DAİM-in direktoru Rahib Kərimov bununla bağlı mütəmadi olaraq fermerlərlə görüş keçirir və onların problemlərinin həlli istiqamətində öz diqqət və qayğısını əsirgəmir.

Saytların yığılması Saytların yığılması

KAİM.az bildirir ki, Vətən Müharibəsi başlayan zaman isə R.Kərimovun oğlu Mirzə Kərimov könüllü olaraq döyüşə yollanıb və hazırda Şuşada xidmət edir.

Ölkə başçısının Qubadlı və Cəbrayıl rayonuna səfəri zamanı ölkə başçısıyla görüşən əsgərlərimizdən biri də odur. M.Kərimov artıq komandanlıq tərəfindən leytenant rütbəsiylə təltif edilib.

R.Kərimov bu günə kimi Cəlilabad rayonunda 94 şəhid ailəsiylə görüşüb və hər bir şəhid ailəsinə kömək məqsədilə 2000 manat pul verib. R.Kərimovun hələ ki, şəhid ailələri ilə görüşü davam edir və o, kəndbəkənd onların evlərini ziyarət edir.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir