Top.Mail.Ru
SOSİAL

Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.

Bunu APA-ya açıqlamasında Fondun İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili bildirib.

Saytların yığılması Saytların yığılması

Onun sözlərinə görə, müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Vətəndaşlar hesablarına köçürülmüş vəsaiti “Kapital Bank”dan onlara verilmiş bank kartları vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə isə oktyabr ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir