Top.Mail.Ru

ŞOU-BİZNES

Hip-hop əfsanəsi 16 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Məşhur amerikalı reper, hip-hop məktəbinin pionerlərindən biri, “Grandmaster Flash and the Furious Five” qrupunun üzvü, 62 yaşlı “The Kidd Creole” (Avqust Darnell) evsiz adamın öldürülməsində təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib.

KAİM.az bildirir ki, hadisə 2017-ci ildə baş verib. Həmin vaxt evsizin yanından keçən sənətçi onunla mübahisə edib, sonra isə kişiyə bir neçə bıçaq zərbəsi vurub. Reper cinayət yerindən qaçaraq metro ilə ofisinə gedib. Hadisə şahidləri isə evsiz üçün təcili yardım çağırıblar. Xəstəxanada həkimlər zərərçəkənin bıçaq xəsarətlərindən öldüyünü müəyyən ediblər.

“The Kidd Creole” özünümüdafiə üçün hərəkət etdiyini iddia etsə də, toplanan sübutlar və şahidlərin ifadələri evsizin ifaçı üçün təhlükə yaratmadığını sübut edib.

Loading...
Yazının davamı reklamdan sonra

“Həyat həyatdır, istər evsizlər üçün, istərsə də baş direktor üçün”, – deyə hakim hökmü oxuyarkən bildirib.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button