Top.Mail.Ru

ŞOU-BİZNES

Vergi borcu olan məşhurlar: Zamiq 31 qəpik, Gülay 789 manat borcludur – ARAŞDIRMA + FOTO

Dünyaca məşhur olan müğənnilərin, tanınmışların vergi borcu hər zaman media nümayəndələrinin və onların fanatlarının diqqətində olub. Külli miqdarda borcu olan dünya şöhrətli şou-biznes nümayəndələri ilə yanaşı Azərbaycanda da vergi borcu olan sənətçilər az deyil. 

KAİM.az mövzu ilə bağlı araşdırmanı təqdim edir.

Siyahının ilk pilləsində müğənni Gülay Zeynallıdır. İfaçının 789,23 AZN vergi borcu var.

Loading...
Yazının davamı reklamdan sonra

bəstəkar-müğənni Elza Seyidcahan da vergi borcu olan məşhurlardandır. Seyidcahanın 440.50 AZN vergi borcu var.

Bu yaxınlarda gəlini Canana ilə barışıq elan edən Əməkdar artist Mətanət İsgəndərlinin vergi borcu 327,36 AZN-dir.

Məşqçi Kamil Zeynallının vergi borcu 295,74 AZN-dir.

Əməkdar artist Xəyyam Nisanovun isə 260,10 AZN vergi borcu var.

Müğənni Emil Bədəlovun vergi borcu 249 AZN-dir.

Müğənni Xatirə İslam da vergi borcu olan məşhurlar siyahısına daxildir. İfaçının 198,98 AZN vergi borcu var.

Xalq artisti Miri Yusifin vergi borcu isə 144,89 AZN-dir.

Uzun müddətdir efirlərdə görünməyən Əməkdar artist Xumar Qədimovanın 102,39 AZN vergi borcu var.

Müğənni Zenfira İbrahimovanın vergi borcu 64,37 AZN-dir.

“Tolik” ləqəbi ilə tanınan aparıcı, prodüser Tarix Əliyevin vergi borcu 39,67 AZN-dir.

Xalq artisti Röya Ayxan da vergi borcu olan məşhurlar siyahısındadır. Röyanın 22,53 AZN vergi borcu var.

Fəaliyyətini Rusiyada davam etdirən müğənni Rəqsanə İsmayılovanın 5,14 AZN vergi borcu var.

Müğənni Zamiq Hüseynov isə ən az vergi borcu olan məşhurlardandır. Zamiqin 0,31 AZN vergi borcu var.

Vurğulayaq ki, 14 məşhurun ümumi vergi borcu 2 940 manat 21 qəpikdir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button