Top.Mail.Ru

ŞOU-BİZNES

Rəşad Dağlı təhdid olunduğu üçün üzr istəyib? – VİDEO

Meyxanaçı Rəşad Dağlı Masallıda həmkarı ilə dəyişmə zamanı “Xomeyni çöküb qalıb, Behcəti “naqruska”dadır” kimi ifadələr işlətdiyi üçün təhdid olunduğuna görə üzr istəməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

KAİM.az bildirir ki, o, üzr videosundan bir neçə gün sonra sosial şəbəkə hesabında açıqlama yayaraq bu iddiaları təkzib edib:

“Bir uğursuz qafiyəyə görə söz-söhbət yayılmışdı, mən də bununla bağlı açıqlama vermişdim. Həmin videodan belə təsəvvür yaranıb ki, mən hansısa bir yerdə hədə-qorxu, təhdid altında açıqlama vermişəm. Bu, əsla belə deyil. Mən təhlükəsizliyin təmin olunduğu elə bir ölkənin vətəndaşıyam ki, məni heç kim heç nəyə məcbur edə bilməz. Sadəcə, könüllü, ürəyim istəyib açıqlama vermişəm ki, ortada olan narazılıq aradan qaldırılsın”.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button