Top.Mail.Ru

ŞOU-BİZNES

Afətdən Floraya SƏRT SÖZLƏR: “Mən kişini evimə gətirmirəm” – AÇIQLAMA

“Flora deyir ki, mən öləndən sonra da uşaqlarım ondan əl çəkməyəcəklər. Ona yanlış məlumat veriblər, o elə bilir ki, kiməsə arxayın olub qanunları o dərəcə pozmaq olar? Yox. O ölən kimi məsələ bağlanacaq. Cinayət işi belədir ki, konkret şəxsin özündən söhbət gedir, o ölən kimi mənə atdığı şər-böhtan bitəcək”.

KAİM.az bildirir ki, bu sözləri müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimovanın ona ünvanladığı açıq məktubuna cavab verərkən səsləndirib.

O bildirib ki, özünü Flora Kərimova ilə eyni tərəziyə qoymur:

Loading...
Yazının davamı reklamdan sonra

“Üç il niyə gözləyirdin? Belə hünərin çatırdısa, hadisələr təzə olanda, isti-isti məhkəməyə gedərdin. Üç ildən sonra nə oldu ki, bu belə qızışdı? Deməli, səni idarə edən qüvvələr deyiblər ki, indi lazımdır. Ona görə ki, indi dalaşıblar onlar mənimlə. Mən ad çəkməmişəm, Ruhinin, Nazəninin adını Flora çəkir. Flora elə qənaətə gəlirsə, qoy Flora deyən kimi olsun. Orada bir nüans qeyd edir ki, Afət özünü mənimlə bir tərəziyə necə qoyur? Mən özümü onunla bir tərəziyə qoymuram, çünki o, sidik içir, mən tərtəmiz bulaq suyu, ona görə də mənim düşüncələrim də tərtəmizdir”.

Fərmanqızı açıqlamasında Kərimovanın məhkəmələrdə vaxt keçirməyə öyrəşdiyini də qeyd edib:

“İlhamə Quliyevanı məhkəməyə verib, Röyanı məhkəməyə verib, Ülviyyə Alovlunu məhkəməyə verib, Nadir Qafarzadə ilə qırğınları oldu, Şeyx Əbdül ilə qırğını oldu, Zeynəb Xanlarovaya atmadığı atmaca qalmadı, indi də mən. Bu insanın ömrü qalmaqallarda keçib. Allah onun o dünyasını sakit eləsin, bu dünyada bir həyat yaşaya bilmədi. Mənim ünvanıma deyir ki, sürgün həyatı sürəcəksən, sürgün niyə oluram? Qadının yeri hara olar? Həyat yoldaşımın yanındayam. Flora özü ilə məni səhv salmasın. Mən ərə gedəndə kişinin evinə gedirəm, kişini evimə gətirmirəm. Mənim Floraya yazığım gəldi, onu məhkəməyə vermədim. Dedim, əlləri əsə-əsə məhkəmə qapılarında gəzməsin. Mən yazıq vəziyyətində deyiləm, evimdə, villamda, ərimin yanında oturmuşam”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button