Top.Mail.Ru

ŞOU-BİZNES

“Möhtəşəm yüz il”in Mustafası necə yaşayır? – FOTO

Mehmet Günsür gənc yaşlarında Türkiyə televiziyasına çıxıb. O, bir çox həmkarları kimi karyerasına reklamlarla başlayıb və 14 yaşında serialda ilk kiçik rolunu oynayıb.

Məşhur “Möhtəşəm yüz il” serialından əvvəl aktyor artıq kifayət qədər tanınırdı, lakin adıçəkilən ekran işi onu məşhurluğun zirvəsinə qaldırdı. Aktyoru nəinki Türkiyədə, başqa ölkələrdə də tanımağa başladılar.

Mehmet aktyorluqla yanaşı, musiqi ilə də ciddi maraqlanır, hətta “Dawn” qrupunda çıxış edir.

O, idmanla da məşğul olur. Serial ulduzu formada qalmaq üçün mütəmadi olaraq məşq edir, tennis və xizək sürməyi çox sevir.

Mehmet Günsürün şəxsi həyatında da hər şey qaydasındadır, ətrafında təkcə sevimli qadını deyil, üç gözəl övladı da var. Aktyor yad adamları şəxsi həyatına buraxmağı sevmir.

Bu gün kino ulduzu fəal şəkildə rol almağa davam edir, təkcə seriallarda deyil, tammetrajlı türk filmlərində də çəkilir.

Mənbə: popcornnews.ru

Bənzər yazılar

Back to top button