Top.Mail.Ru

ŞOU-BİZNES

Bob Dilanın sevgi məktubları hərracda yüksək qiymətə satılıb

Amerikalı müğənni-bəstəkar, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Bob Dilanın 42 məktubdan ibarət kolleksiyası hərracda demək olar ki, 670 min dollara satılıb.

Portuda yerləşən Portuqaliyanın məşhur “Lello” kitab mağazası onların yeni sahibi olub.

Bildirilib ki, mağaza 150 səhifəlik poçt arxivini Dilanın pərəstişkarları və alimlərin istifadəsinə vermək niyyətindədir.

Satılan məktublar 1957-1959-cu illəri əhatə edir və Dilanın (o vaxt Zimmerman kimi tanınırdı) məktəbdə tanış olduğu Barbara Enn Hyüitt adlı qıza ünvanlanıb.

Dilanın məktublarını 2020-ci ildə qadın vəfat etdikdən sonra onun qızı aşkar edib.

Mənbə: gazeta.ru

Bənzər yazılar

Back to top button