Top.Mail.Ru
ŞOU-BİZNES

“Müğənnilərin çıxardığı oyunlardan danışın!“ – Rəqsanə həmkarlarını qınadı

“Allah bütün şəhidlərimizə rəhmət etsin, ailələrinə səbr versin. Bəzi müğənnilərdən çəkinirsiniz. Niyə onların etdiklərini yaxşı qələmə verirsiniz? Baş tacı etdiyiniz, status verdiyiniz müğənnilərin çıxardığı oyunlardan danışın. Onların İnstaqram səhifəsinə baxın, görün hansı şəhid anasına, balasna dəstək olub, onların adını çəkir?”

KONKRET.az xəbər verir ki, bu sözləri Moskvada yaşayan müğənni Rəqsanə sosial şəbəkə hesabında yazıb. O, bəzi həmkarlarının şəhid ailələrinə dəstək olmamasını qınayıb:

“Klip təqdim edib, özlərini göstərirlər. Sabah toy mərasimləri başlasın, yenə yüksək qonarar verib, toylarınıza dəvət edəcəksiniz. Şəhid yaramız heç vaxt sağalmaz. Şəhidlər unudulmaz. Onlar qanları, canları bahasına tarix yazdılar. Düzdür, bizə bayram, konsert, klip yaraşmır. Sadəcə müğənniləri başa düşək. Sənətçilərin o qədər çətinliyi var ki, bəlkə də adi insanların o qədər problemi yoxdur. Televiziyada o qədər yalandan göstərirlər ki, bağ belə, bostan belə… Bu gün də onların imkansız olduğuna inanmırlar. Problemlərini həll etmək, balalarına baxmaq üçün oxumağa məcburdurlar. Ona görə də başa düşmək lazımdır. İnsanı təkləmək olmaz!”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button