Top.Mail.Ru
ŞOU-BİZNES

Xuraman Şuşalı: “Nazirin, deputatın balasına söz demirlər ki, gəlib QULAQLARINI DARTARLAR”

“Son günlər sənət adamlarının bəziləri başlayıblar bir-birlərinin eyibini açmağa. Mətbəxdə olan söhbəti efirlərdə, sosial şəbəkələrdə danışırlar”.

KAİM.az xəbər verir ki, bu sözləri yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı deyib.

Xanım sənətçi son vaxtlar gündəmdən düşməyən qalmaqallardan danışıb. O, həmkarlarının hər söz-söhbəti efirə çıxarmasının əleyhinə olduğunu bildirib:

“Mən bütün həmkarlarıma müraciət edirəm, zatən biz müğənnilər hər mövzuda qınaq obyektinə çevrilirik, tənqid edilirik, bir az da özümüz bunu etməyək. Sanki başqa sahədə çalışanların heç bir səhvi, günahı yoxdur, hər şey müğənnilərin səhvidir. Başqa sahələrdə də eybi olan, problemi olan, ailəsi dağılan şəxslər var, amma bizlər göz önündə olduğumuza görə daha çox söz-söhbətə səbəb oluruq. Çünki adi bir insanın səhv addımı kiməsə maraqlı deyil, mövzu məşhur şəxs olduqda isə bunun əksi yaşanır. Gəlin, özümüz özümüzü “vurmayaq”. Sosial şəbəkələr onsuz da “klaviatura şirləri” ilə doludur, başlayırlar nalayiq sözlər yazmağa, tənqid etməyə…”

X.Şuşalı şou-biznes nümayəndələri arasında olan xoşagəlməz halların pərdəarxasında yaşanmasının tərəfdarı olduğunu bildirib:

“Bilmirəm, pandemiya ilə əlaqədardırmı, ya nədəndi, insanlarda aqressiya yaranıb. Bu həmçinin həmkarlarıma da aiddir, çıxıb efirlərdə özləri-zlərini biabır etməyə başlayıblar və ad çəkmirlər, bunu hamıya şamil edirlər. Ya ad çəkin, ya da hamını bu cür təhqir etməyin! Qurunun oduna yaş da yanır… Sizdən rica edirəm, bunu etməyin, etməyək. Kimin kimə sözü varsa, zəng edib özünə desin. Çıxıb kökaltı danışmaq, söz atmaq lazım deyil, danışmaq xətrinə danışmayın. Mətbəxi çox açıb-tökürlər, lazım deyil. Bu aralar insanlarda onsuz da müğənnilərə qarşı aqresiyya var, siz də bir az onların əlinə əsas verməyin. Sənətlə, yaradıcılıqla, öz ailəmizlə məşğul olmaq lazımdır, hər kəs başını aşağı salıb öz işini görsə, yaxşı olar”.

Müğənni bir neçə gün əvvəl Nazəninin bir vaxtlar dost olduğu Manaf Ağayevlə küsmələrinin səbəbini açıqlamasına da münasibət bildirib:

“Mən sırf Manafla Nazənin məsələsinə rəy bildirmək istəmirəm, çünki onlar özləri öz aralarında bu məsələni həll etməlidirlər. Bir tərəfdən də müharibə ərəfəsində Manaf Ağayev insanlar tərəfindən çox qınanıldı. Çox qəribədir, bəzən hansısa deputatın, nazirin balasına söz demirlər, bilirlər ki, həmin dəqiqə gəlib qulaqları dartıla bilər. Amma bilirlər ki, incəsənət adamları mülayim, kövrək olurlar, ona görə başlayırlar müğənnilərə atmaca atmağa. Bu düzgün yanaşma deyil, kimə gücləri çatırsa, başlayırlar onu “baltalamağa”, kimə gücləri çatmırsa, ona yaltaqlanmağa başlayırlar”.

Qeyd edək ki, Nazənin Salayeva həmkarı Manaf Ağayevlə küsmələrinə Əflatun Qubadovun oğlunun fotosunu paylaşmasının səbəb olduğunu deyib. Belə ki, ifaçı müğənni Əflatun Qubadovun İkinci Vətən müharibəsində iştirak edən oğlunun fotosunu İnstaqram hesabında yayımlayıb. Bu isə Manafla onun arasında qalmaqala səbəb olub. Nazənin M.Ağayevin onunla danışmadığını söyləyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button