Top.Mail.Ru

ŞOU-BİZNES

Neslihan Atagül ərinin dedi-qodulara səbəb olan videosundan DANIŞDI – FOTO

Türkiyəli məşhur aktrisa Neslihan Atagül əri Kadir Doğulunun həmkarı Serra Arıtürklə səmimi görüntüləri ilə bağlı fikirlərini bildirib.

“Haber Global” məlumat verir ki, Nişantaşında K.Doğulu və iki tanışı ilə gəzən N.Atagül gündəm olan həmin videodan danışıb.

O deyib ki, əri ilə tərəf müqabilinin səmimi videosunu normal qarşılayır, Kadir Doğulu ilə Serra Arıtürkü yaxşı cütlük hesab edir və serialı maraqla izləyir.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, K.Doğulu və S.Arıtürk “Aşkın tarifi” serialında baş rolları paylaşırlar. Onların “Instagram”ın canlı yayımında izləyicilərin suallarını cavablandırarkən romantik mahnı oxumasını, bir-birinə yaxın davranmasını izləyicilər qınaqla qarşılamışdı. Bundan sonra, N.Atagülün “Dayanın, bir az güləcəyəm” qeydi ilə paylaşımı yanaşmaya cavab kimi qiymətləndirilib.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button