Top.Mail.Ru
ŞOU-BİZNES

Bred Pitt Ancelina Colini MƏHKƏMƏYƏ VERİB

Dünyaca məşhur aktyor Bred Pitt həmkarı və keçmiş arvadı Ancelina Colini yenidən məhkəməyə verib.

Pitt iddi edir ki, Coli onu mülkdəki payını idarə etməsinə maneə yaradır.

Üzüm bağları olan ümumi əmlak 164 milyon dollar dəyərində qiymətləndirilir.

Pittin vəkilləri deyiblər ki, Coli mülkün özünə aid olan hissəsini simvolik bir məbləğə satmağa çalışır bu da layihəyə yatırdığı vaxta və pula baxmayaraq, Pitti mülkü idarəsi və ondan qazanc əldə etmək hüququndan məhrum etməyə şərait yaradacaq.

Hadisəyə münasibət bildirən Pittə yaxın mənbə Colini intiqamçı adlandırıb.

Onlar bundan əvvəl uşaqlar üzərində qəyyumluq hüququ uğrunda məhkəmədə çəkişiblər. Coli və Pitt altı uşağa sahibdirlər. Onlardan üçü övladlığa götürülüb.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button