Top.Mail.Ru

bannerŞOU-BİZNES

Bred Pittin bu zarafatı Corc Klunini bütün şəhərə biabır etdi – FOTO

Hollivud aktyoru Corc Kluni həmkarı və yaxın dostu Bredd Pittin zarafatının onu bütün şəhərdə necə biabır etməsindən danışıb.

 

Azmedia.Az xəbər verir ki, bu barədə GQ kanalı xəbər yayıb.

Loading...
Yazının davamı reklamdan sonra

 

Bildirilir ki, hadisə “Ouşenin 12 dostu” filminin çəkilişləri zamanı baş verib.

 

Ulduzun sözlərinə görə, yaxın dostu onu bütün şəhərin gözü qarşısında təkəbbürlü biri kimi qələmə verib.

 

Belə ki, filmin çəkilişləri Kluninin uzun illər yaşadığı Komo şəhərində (İtaliya) baş tutub. Pitt dostu ilə əylənmək üçün bu yerlərdə tezliklə çəkiliş olacağı barədə şəhər boyu elanlar vurdurub və sakinlərə vərəqələr payladıb.

 

“Corc Kluniyə ancaq cənab Kluni kimi, yaxud da xarakterinin adı olan Denni Ouşen kimi müraciət edilməsi xahiş olunur. Və onun düz gözlərinin içinə baxmaq olmaz”, – deyə elanda bildirilib.

 

Bundan sonra yerli nəşrlər Kluninin “ulduz xəstəliyinə” tutulması ilə bağlı məqalələr dərc etməyə başlayıb.

Fotoları təqdim edirik

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button