Top.Mail.Ru
ŞOU-BİZNES

Seda Sayan özündən 15 yaş kiçik sevgilisi ilə ilk dəfə görüntüləndi – FOTO

Seda Sayan özündən 15 yaş kiçik sevgilisi ilə ilk dəfə görüntüləndi – FOTO

Loading...

Beş dəfə nikah masasına oturan və bir daha evlənməyəcəyini açıqlayan Seda Sayan özündən 15 yaş kiçik təşkilatçı Ata Çağlayanla sevgili olması iddiası ilə gündəmə gəlib.

43 yaşlı Çağlayan Banu Noyanla evli olub, lakin cütlüyün evliliyi cəmi yeddi ay davam edib.

Seda Sayan və Ata Çağlayan Ortaköydə bir məkanda təxminən beş saat bir yerdə olublar. Sənətçi Safiye Soyman da onların yanında olub.

Gecənin sonunda məkandan çıxarkən görünən cütlük jurnalistlərin olduğunu anladıqdan sonra şəkil çəkdirməkdən çəkinib. Kameranı görən Ata Çağlayan Sayanı sürətli addımlarla maşınına mindirdikdən sonra gözdən itib.

Seda Sayan ötən günlərdə barəsində çıxan sevgi iddiasına cavab verərək Çağlayanla eşq macərası yaşamadığını bildirib.

Mənbə: “A Haber”

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button