Top.Mail.Ru
ŞOU-BİZNES

Aygün Kazımova:”Tanrı bütün Azərbaycanı qorusun!”

Xalq artisti Aygün Kazımova da digər həmkarları kimi Bərdə terroruna səssiz qalmayıb.

Musavat.com bildirir ki, Xalq artisti sosial şəbəkədə Bərdə terrorundan foto paylaşaraq, aşağıdakıları qeyd edib:

“Döyüş meydanında məğlub olan aciz düşmən qadınlara, uşaqlara hücum çəkir. Günahsız insanların qanı yerdə qalmayacaq! Dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm. Tanrı bütün Azərbaycanı qorusun!”

Saytların yığılması Saytların yığılması

Xatırladaq ki, Ermənistanın silahlı qüvvələri oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndini müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutub.  Ermənistanın hərbi cinayəti nəticəsində 4 mülki vətəndaşımız həlak olub ki, onlardan biri də 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızıdır.

Bununla da sentyabrın 27-dən bu günədək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak uşaqların sayı 11-ə çatıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir