“Bunları bazarımızdan rədd eləmək lazımdır” – müğənni Eldardan boykot çağırışı
Müğənni Eldar Qasımov da mərkəzi ABŞ-da yerləşən “Johnson & Johnson” şirkətinin məhsullarını boykot etməyə çağırıb.
Musavat.com xəbər verir ki, müğənni bu haqda sosial şəbəkədə paylaşım edib:
“Bunları boykot edib, bazarımızdan rədd eləmək lazımdır. Neytral yox, açıq-aşkar düşmənimizlə bağlı vicdansız mövqelərini bildiriblər. Hələ də gəlirlərini “Artsax”a göndərirlər. Gərək sözlə yox, hərəkətlə irəliləyək ”,-deyə o, qeyd edib.
Qeyd edək ki, şirkətin rəsmi “Twitter” hesabında qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edilib. Bu isə ciddi etirazlara səbəb olub. Daha sonra şirkət sözügedən paylaşımı silsə də, Azərbaycanda vətəndaşlar tərəfindən şirkətin məhsulları boykot edilib. Bir sıra marketlər şəbəkəsi də şirkətin məhsullarını satmaqdan imtina edib.