Top.Mail.Ru

Uncategorized

Şəhidlər Xiyabanı yaxınlığındakı gecə klubu ilə bağlı YENİ XƏBƏR – VİDEO

Bakının Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı yaxınlığında gecə klubu açılıb.

KAİM.az xəbər verir ki, sakinlər gecə klubunun açılmasına etiraz ediblər.

Ərazidə sakinlərlə klub rəhbərliyi arasında anlaşılmazlıq yaranıb, işə polis qarışıb.

Loading...
Yazının davamı reklamdan sonra

DİN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib ki, məsələyə hüquqi qiymət veriləcək.

Məsələ ilə bağlı “ARB TV”yə açıqlama verən yerli sakinlər bildirib ki, gecə klubunun belə bir yerdə faəliyət göstərməsi həm şəhidlərin ruhuna, həm də ətrafda yaşayan şəxslərə qarşı hörmətsizlik idi. Gecə klubunun əməkdaşlarından biri isə deyib ki, obyekti bağlayıb şəhərin başqa yerinə köçəcəklər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button