Top.Mail.Ru
Uncategorized

Karolina Valiant xəz-dəri İŞBAZLARINDAN müdhiş saxtakarlıq

Karolina Valiant xəz-dəri İŞBAZLARINDAN müdhiş saxtakarlıq - Binə Ticarət Mərkəzindəki sexdə hazırlanır (MÜRACİƏT)Məlum olduğu kimi bir neçə gün əvvəl “Lady Sharm” mağazalar şəbəkəsinin məsul şəxsləri həbs olundu. Daxil olmuş şikayətləri araşdıran DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi (“Bondotdel”) “Lady Sharm”ın mağazalarında müştərilərin aldadıldığını, sexlərdə tikilmiş malların dünya brendlərinin etiketləri vurularaq satıldığını müəyyən edib. Məlum olub ki, mağazalar şəbəkəsində brend adı ilə satılan məhsulların bir hissəsi “Binə” Ticarət Mərkəzindəki sexdə hazırlanırmış.

Bu olaydan sonra digər məşhur mağazalar şəbəkəsi də diqqət mərkəzinə gəldi. Hansı ki, bu mağazalarda da dünyaca məşhur brend məhsullar satılır. Özü də kifayət qədər yüksək məbləğə. Bir həqiqət də var ki, belə mağazalar şəbəkəsi haqqında ictimai rəy də birmənalı deyil…

Mediada yer alan məlumata görə artıq “Femina” xəz-dəri geyimləri də saxta etketlərlə satılır. Bununla yanaşı bir çox çeşidləri ilə əhalini aldadıb saxta malı bahalı brend adı altında Karolina Valiant da öz yerini alıb. Sosial şəbəkələrdə və televiziya ekranlarında xarici mal adı ilə yayılan reklam çarxları bir növ əhalini tələyə salmaq demekdir. Bu barədə aldadılmış bir qrup insanlar paytaxt.org-a üz tutub.
Karolina Valiant xəz-dəri İŞBAZLARINDAN müdhiş saxtakarlıq - Binə Ticarət Mərkəzindəki sexdə hazırlanır (MÜRACİƏT)
İddialara görə. bütün saxtakarlıqlar “Binə” Ticarət Mərkəzindəki sexlərdə həyata keçirilir. Bu səbəbdən də ən çox narazılıq Karolina Valiant-ın məhsullarının keyfiyyətini olmamasıdır ki, alıcılar aldadıldıqlarını deyir. Ucuz başa gələn keyviyyətsiz kürk və dəri məhsulları Karolina Valiantın işbazlarına yaxşı qazanc gətirdiyi də daxil olan məlumatda öz əksini tapıb.

Xatırladaq ki, Karolina Valiant təxminən on ildir ki, Azərbaycan və Rusiya bazarına çıxıb. Şirkətin məhsulları ölkəmizdə “Binə” Ticarət Mərkəzində sexlərdə hazırlanaraq mağazada satılır.
Karolina Valiant xəz-dəri İŞBAZLARINDAN müdhiş saxtakarlıq - Binə Ticarət Mərkəzindəki sexdə hazırlanır (MÜRACİƏT)
Karolina Valiant xəz-dəri İŞBAZLARINDAN müdhiş saxtakarlıq - Binə Ticarət Mərkəzindəki sexdə hazırlanır (MÜRACİƏT)
Mövzu diqqətimizdədir
Kainat.tv

SƏNUBƏRİN ƏMƏKDAR MÜƏLLİMƏ,QƏTİBƏ XANIMLA SƏMİMİ SÖHBƏTİ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button