Top.Mail.Ru

Uncategorized

“Nə edim, pulum yoxdu” (VİDEO) » DataLife Engine

İki körpə uşağını küçəyə atan qadın danışdı: "Nə edim, pulum yoxdu" (VİDEO)

Xəbər verdiyimiz kimi, fevralın 2-də gecə saatlarında Bərdə rayonundakı şadlıq evlərinin birinin qarşısından 1 və 2 yaşlı iki uşaq aşkarlanıb. Uşaqlar təcili tibbi yardım briqadası ilə xəstəxanaya yerləşdirilib. Uşaqların anasının Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanova olduğu müəyyən edilib.

AZXEBER.COM xəbər verir ki, o bu barədə “Səni Axtarıram” verilişinə danışıb. Qadın müsahibəsində 19 yaşında Bakıya gəldiyini bildirib: “Bakıda az yaşamışam. İmkanım əvvəllər yaxşı idi. Uşaqlarıma baxıcı baxırdı. Sonuncu dəfə uşaqlarıma Könül adlı qadın baxırdı. Hər gün onun pulunu verə bilirdim. Gücüm çatdığı qədər evə ərzaq da alırdım. Sonra işləyə bilmədim. Könül mənə dedi ki, pulumu verməsən uşaqların birini verib, o birini özümdə saxlayacam. 20 gün olar ki, o qadının evinə getmədim. Bilirdim uşağı ev sahibi o qadına verib. Sadəcə, pulum olmadığına görə geri qayıda bilmədim”.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button