Top.Mail.Ru
Uncategorized

“Sədərək” ticarət mərkəzində GÜCLÜ YANĞIN – Polis işçisi zəhərləndi – YENİLƏNİB

“Sədərək” ticarət mərkəzində GÜCLÜ YANĞIN - Polis işçisi zəhərləndi - YENİLƏNİB - VİDEO

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş verən yanğında bir polis işçisi tüstüdən zəhərlənib.

kainat.tv bildirir ki, bu barədə lent.az-a Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib. O bildirib ki, zərər görən polis işçisinə tibbi xidmət göstərilir.

———
11:11

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən saat 10:21 dəqiqədə söndürülüb.

Bu barədə kainat.tv-a nazirliyə istinadən xəbər verir.

Əlavə məlumat veriləcək.

———-
10:33

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə kainat.tv-a FHN-dən məlumat verilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

———-
09:12

“Sədərək” ticarət mərkəzində yanğın başlayıb.

kainat.tv Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata görə, ərazidəki anbarlardan birinin dam örtüyü yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button