Top.Mail.Ru
Uncategorized

Məktəblərdə ilk dərslər Xocalı soyqırımına həsr edildi » DataLife Engine

Məktəblərdə ilk dərslər Xocalı soyqırımına həsr edildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində və uşaq-gənclər inkişaf mərkəzlərində fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr edilib.
İdarədən verilən məlumata görə, ilk dərslər Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən Xocalı soyqırımına həsr edilib.
Dərslərin Xocalı soyqırımına həsr edilməsinin məqsədi ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban verən vətən övladlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli faciəvi hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, məktəblilərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək və onlara Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqdır.
Qeyd edək ki, Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar təhsil müəssisələrinin müəllim və şagirdlərinin soyqırım şahidləri ilə görüşləri və “Ana fəryadı” abidəsinə ziyarəti də təşkil olunur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button