Top.Mail.Ru
Uncategorized

Bakıda çoxmərtəbəli bina yanır (YENİLƏNİR) » DataLife Engine

SON DƏQİQƏ: Bakıda çoxmərtəbəli bina yanır (YENİLƏNİR)

Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, hadisə nəticəsində 4 uşaq, 6 böyük tüstüdən zəhərlənib: “Onlara yerindəcə yardım göstərilib, 53 və 26 yaşlı iki qadın isə Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Vəziyyətləri ağır olsa da, həyatları üçün təhlükə yoxdur”.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, artıq Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında elektrik kabellərində yaranmış tüstülənmənin qarşısı alınıb. Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyinin Bakı şəhər Yasamal rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.
kainat.tv nazirliyin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
İlkin məlumata əsasən, binada elektrik kabellərində tüstülənmə var. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən təxirəsalınmaz tədbirlər görülür. Əlavə məlumat veriləcək.
*****
13:31
Bakıda tikilməkdə olan çoxmərtəbəli binada yanğın başlayıb.
kainat.tv Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Əlavə məlumat veriləcək.​

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button