Top.Mail.Ru
Uncategorized

Qubada evində ayı saxlayan şəxs sabiq nazirin xalası oğluymuş

Qubada evində ayı saxlayan şəxs sabiq nazirin xalası oğluymuş - Təfərrüat

Xəbər verdiyimiz kimi, Quba rayonun Mirzəqışlaq kənd ərazisində yerləşən Abbas Zeynalova məxsus fərdi təssərrüfatda adı “Qırmızı kitaba” düşmüş və qəfəsdə saxlanılması qanunla qadağan edilmiş bir ədəd qonur ayının saxlanıldığı məlum olub.
unikal.org xəbər verir ki, Abbas Zeynalov həkim və xoşməramlı səfirdir. Anası Bela Zeynalova isə müəllimədir. Zeynalovlar Qubada yaşayır. Abbas Zeynalovun bacısı Həsənova Afət Əbil qızı Suraxanı rayon icra hakimiyyətinin başçısının müavinidir. Abbas Zeynalov Qubanın imkanlı şəxslərindən biridir. Onun rayonda balıq vətəgələri və meyvə bağları var. O, həmçinin sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası oğludur.

Bundan başqa A.Zeynalov Hüseynqulu Bağırov tərəfindən Qubada meşə fondu torpaqlarındakı “Orman” adlanan ictimai iaşə obyektinin qanunsuz olaraq sökülməsi haqqında xəbərlə gündəmə gəlmişdi.

Xatırladaq ki, A.Zeynalovun oğlu Əbil Zeynalov 2013-cü ilin iyunun 9-da paytaxtın Azadlıq meydanında idarə etdiyi 190 min manatlıq “Mercedes Gelandwagen” markalı avtomobillə 13 yaşlı paytaxt sakini Tahirə İsmayılovanı vuraraq öldürmüşdü. Hadisə zamanı tutulan 19 yaşlı sürücünün daha sonra sərbəst buraxılması vəziyyəti daha da qəlizləşdirib və sosial şəbəkələrdə ciddi etirazlara səbəb olmuşdu.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button