Top.Mail.Ru
Uncategorized

Nazir İnam Kərimovun “Akula Akif”in ortağına ən gəlirli sahəni tapşırması çox ciddi narazılıqlara səbəb olub » DataLife Engine

Nazir İnam Kərimovun “Akula Akif”in ortağına ən gəlirli sahəni tapşırması çox ciddi narazılıqlara səbəb olubİnam Kərimov Kənd Təsərrüfatı naziri təyin edildikdən sonra qurumda apardığı bir çox islahatlarla gündəmdən düşməməkdə davam edir. İlk əvvəl xarici və gənc mütəxəsislərlə işləməyə başlayan İnam Kərimovun sonrakı kadr siyasəti heçdə ürəkaçan olmadı. Bununla bağlı cumhuriyyet.az-a verilən məlumata görə gənc nazirin kadr siyasətində ilk “çepe”si nazirliyin İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri vəzifəsinə Aydəm İsmayılov adlı iş adamını təyin etməsindən başladı. Çünki Aydəm İsmayılovun adı sabiq MTN naziri Eldar Mahmudovun ən yaxın tərəfdaşı olaraq tanına və ölkədəki iş adamlarının başına müxtəlif oyunlar açan “Akula Akif” kimi tanınan Akif Mustafayevin ortaqlarından biri olub. Adı müxtəlif qalmaqallarda keçən Aydəm İsmayılov “Akula Akif”in ölkədən qaçmasındna sonra ortağından zərəçəkmiş kimi “şikayətçi” olanlardan biridir. Bundan başqa müxtəlif tikinti şirkətlərinin adı altında vətəndaşları aldadaraq pullarını mənimsəyən Aydəm İsmayılovun adı Milli Bank sədri Elman Rüstəmovlada müxtəlif maliyyə maxinasiyalarında keçir. Məhz adı müxtəlif qalmaqallarda keçən Aydəm İsmayılovun nazirliyin strateji yerlərindən biri olan İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi KTN-də şok effekti yaradıb.
Aydəm İsmayılov İnam Kərimovdan niyə narazılıq edir?
KTN-dən cumhuriyyet.az-a daxil olan məlumata görə qalmaqallı iş adamı Aydəm İsmayılov nazir İnam Kərimovdan narazıdır. Halbuki İnam Kərimov Aydəm İsmayılovu İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri vəzifəsindən çıxardaraq Kənd Təsərrüfatı Nazirliyinin ən prestijli və yağlı yerlərindən biri olan “Green Park Azərbaycan” MMC-nin direktoru təyin etdi. Adı çəkilən qurumun əsas işi nazirliyin sifarişi ilə müxtəlif ərazilərdə yüksək keyfiyyətli istixanaları tikmək və həmçinin KTN-nin aqroparklarında təmir-tikinti işləri həyata keçirtməkdən ibarətdir. Göründüyü kimi Aydəm İsmayılov “nə yapdım nə yoğrudum ancaq hazırca kökə tapdım” dan da narazılıq edir. Halbuki İnam Kərimovdan başqa heç bir nazir Aydəm İsmayılov kimi qalmaqallı və sicili heç vaxt təmizlənməyəcək birisini nə KTN-nin İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri nədə “Green Park Azərbaycan” MMC-nin direktoru vəzifəsinə təyin etməzdi. Məlumata görə İnam Kərimovun Aydəm İsmayılovu “Green Park Azərbaycan” MMC-nin direktoru vəzifəsinə təyin edilməsi nazirlik içində çox ciddi narazılqlara yol açıb. Hətta yeni kadrlarla köhnə komanda üzvüləri belə bu məsələdə nazirə qarşı birləşiblər.
Keçək Aydəm İsmayılovun nazir İnam Kərimovdan inciməsinə. KTN-dəki etibarlı mənbənin cumhuriyyet.az-a verdiyi məlumatda bildirilir ki, Aydəm İsmayılovun nazirdən inciməsi, hətta ona qarşı qəzəblənməsinin səbəbi iş adamının istədiyi vəzifəyə təyin edilməməsi olub. Belə ki, Aydəm İsmayılovun istədiyi Kənd Təsərrüfatı Nazirliyində yeni yaradılan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmaq istəyirmiş. İş adamı adı çəkilən vəzifəyə təyinat almaq üçün hakimiyyətdəki müxtəlif vəzifəli şəxslərin köməyi ilə dəfələlə nazir İnam Kərimova minnətçi düşsədə sonda istəyi və arzusu ürəyində qalıb. Nazir İnam Kərimov KTN-də ən strateji qurum olacaq “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə özünün inandığı kadrı Anar Hüseynovu təyin etdi. Cumhuriyyet.az-a verilən məlumatda qeyd edilir ki, KTN nazirinin bu addımı Aydəm İsmayılov və havadarlarının etirazına səbəb olmasına baxmayaraq sonda onlar İnam Kərimovun təyinatı ilə məcburən razılaşmalı olublar. Buna baxmayaraq Aydəm İsmayılovun havadarları onun “Green Park Azərbaycan” MMC kimi prestijli bir qurumun direktoruluğuna təyinatını gerçəkləşdirə biliblər. Məlumatlı mənbəmizin iddiasına görə Aydəm İsmayılov yaxın ətrafına deyib ki, havadarları ona söz veriblər və bu ilin sonuna qədər “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə təyin ediləcək.
Aydəm İsmayılov İnam Kərimovun qəzəbinə “tuş” gəlib?
Bildirək ki, Aydəm İsmayılovun istədiyi vəzifəyə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti direktorluğuna təyinat almaması ilə bağlı bir müddət öncə yerli mediada ilginc məlumat dərc edilmişdi. Həmin məlumatda sayt iddia edirdi ki, Aydəm İsmayılov nazir İnam Kərimovun qəzəbinə “tuş” gəldiyi üçün “Azəraqrar” rəhbərliyinə təyinat ala bilməyib. Sayt Aydəm İsmayılovun nazirin qəzəbinə “tuş” gəlməsinin səbəbini isə qurban bayramında KTN-nin xətti ilə ölkəyə gətirilən qoyunların sayını gizlətməsi ilə əlaqələndirmişdi. Məlumatda qeyd edilirdi ki, KTN-nin xətti ilə qonşu ölkədən qurbanlıq qoyunların gətirilməsi Aydəm İmayılovla başqa bir iş adamına tapşırılıb.Ancaq Aydəm İsmayılovla ortağı Gürcüstandan ölkəyə gətirdikləri qoyunların sayı KTN-nin kvotasından xeyli çox olub. Məlumata görə Aydəm İsmayılovun KTN xətti ilə ölkəyə gətirdiyi qoyunların xeyli hissəsinin alınmaması məsələnin üstünün açılmasına səbəb olub. Belə ki, həmin vaxt nazirliyin İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri vəzifəsində işləyən A.İsmayılov əlində qalan qurbanlıq qoyunları səssiscə KTN-nin rayonlarda fəaliyyət göstərən damazlıq təsərrüfatlarında “gizlət”məyə çalışıb. Nazirliyin təsərrüfatlarına yerləşdirilən qoyunlarla bağlı İnam Kərimova məlumat verildikdən sonra nazir məsələni araşdırmaq qərarın gəlib. Aparılan araşdırmada məlum olub ki, Aydəm İsmayılovla ortağı KTN rəhbərliyinin onlara olan inamından sui-istifadə edərək hamını aldadıblar. Sayt qeyd edir ki, məhz Aydəm İsmayılovun qoyun maxinasiyasının üzə çıxmasından sonra nazir İnam Kərimovun ona olan etimadı bitib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button