Top.Mail.Ru
Uncategorized

Sakinlərin narazılığı başçının umrunda da deyil… » DataLife Engine

Sakinlərin narazılığı başçının umrunda da deyil...
Binəqədi rayonu, Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsinin sakinləri tərəfindən Moderator.az-a video şikayət göndərilib.

Bildirilir ki, “Firəvan” şadlıq evi tərəfdən başlayıb, ta Xocasənə qədər uzanan (“Babatürk”dəyirmanına gedən) böyük və əsaslı olan bu yolun müəyyən hissəsi əsaslı şəkildə asfaltlanıb. Amma qalan hissəsi qalıb. Hansı ki, hələ payız-qış ayları gəlməmiş artıq palçıq dizə qədərdir. Yerli camaatın dediyinə görə, bu əlverişsiz yoldan keçmək üçün məktəblilər ayaqqabılarının üstündən selofanlar bağlamaq məcburiyyətində qalıb. Hətta ən ucqar dağətəyi kəndlərdə belə yol bu vəziyyətdə olmur. Olsa da, dərhal təmir edilir. Lakin Sulutəpə qəsəbəsinə cavabdeh olan Xocasən bələdiyyəsi, eləcə də Binəqədi rayon İcra Hakimiyyəti yerli sakinlərin şikayətlərinə dırnaqarası yanaşmaqdadır.
Məsələni araşdırmaq üçün ilk öncə Binəqədi İH-nin İctimai Siyasi və humanitar məsələlər şöbəsi ilə əlaqə saxladıq. Sözçü Kənan Kərimov məzuniyyətdə olduğundan onun missiyasını yerinə yetirən şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyevlə danışdıq. Onu vəziyyətlə bağlı xəbərdar etdik. “Mən bu haqda ətraflı məlumat toplayım, sonra sizinlə əlaqə saxlayaram”, – deyə Moderator.az-ın əməkdaşı ilə danışan Şəmsi müəllim suallarımıza gün ərzində elektron poçtla cavab verəcəyini söyləsə də vədinə əməl etmədi.
Daha sonra Xocasən Bələdiyyəsinə zəng vurduq. Vətəndaşların qəbul şöbəsindən Səməd müəllim, “yaxınlaşın idarəmizə”, – deyə israrla ya idarəyə gəlməyimizi, ya da onlayn şəkildə müraciət etməyimizi vurğuladı:
“Başqa cür şikayətlərə və ya suallara cavab vermirik”. Buna baxmayaraq, söhbət əsnasında bələdiyyə rəsmisi kanalizasiya sistemini və “Azərsu”nu da günahkar bildi:
“Kanalizasiya sistemindəndir. Bir müddət əvvəl yenə də belə bir problem yaranmışdı. “Azərsu” gəlib düzəltdi, yenidən yəqin nəsə olub…
Fürsətdən istifadə edərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin də münasibətini öyrəndik:
“Sözügedən yol bizim müəssisənin balansına aid deyil. Amma buna baxmayaraq, təmiri Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirəcək. İlin sonuna kimi həmin yolda təmir işlərinin yekunlaşdırılması nəzərdə tutulur”.

Kainat.tv

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button