Top.Mail.Ru
Uncategorized

Bu internat məzunu yüksək balla universitetə qəbul olub » DataLife Engine

Bu internat məzunu yüksək balla universitetə qəbul olub
2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan internat tipli məktəb məzunlarının sayı açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, bu il internat tipli məktəbləri bitirən və 600-dən yüksək bal toplayan 11 məzun olub.
İnternat tipli məktəb məzunları arasında ən yüksək nəticəni Ağdaş rayonu, M.Şeyxzadə adına internat tipli Texniki, Humanitar və Təbiət fənləri təmayüllü gimnaziyanın məzunu Əliyev Murad Rəşad oğlu göstərib. O, 670.8 balla Bakı Ali Neft Məktəbində Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında ingilis dili qrupunda təhsil alır.
M.Əliyev təəssüratlarının saytımızla bölüşüb. O, 2002-ci ilin mart ayında sadə bir ailədə anadan olub: “Ailəmiz dörd nəfərdən ibarətdir. Doqquzuncu sinifdə oxuyan bir bacım da var. İnternat tipli gimnaziyada təhsil və nəzarət güclü olduğu üçün ikimizi də valideynlərimiz bu məktəbə qoydu.
Mənim dərslərimlə atam və anam məşğul olurdu. Ailəm imtahanda yüksək bal yığacağıma inanırdı, çünki təhsil aldığım müddətdə müvəffəqiyyətlərim çox olmuşdu”.
Qeyd edək ki, internat məzunu bir çox bilik yarışlarında mükafata layiq görülüb. İngilis dili üzrə Bakıda keçirilən yarışlarda medal qazanıb.

Kainat.tv

Bu internat məzunu yüksək balla universitetə qəbul olub

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button