Top.Mail.Ru
Uncategorized

Boşboğaz Arifin növbəti boşboğazlığı yaxud düşmən dəyirmanına su tökənlər » DataLife Engine

Boşboğaz Arifin növbəti boşboğazlığı yaxud düşmən dəyirmanına su tökənlər“Dünya şöhrətli” konfiktoloq Arif Yunusun (Leyla Yunusun ərçəsi) Ermənistanın “Civilnet” kanalına Tovuz hadisələriylə bağlı verdiyi müsahibə, heç şübhəsiz, ölkəmiz adına növbəti təxribat vulkanının püskürməsinə rəvac verən addımdır.

Adam(adam demək mümkünsə)xalqımızın məyus duruma düşməsini önə çəkməklə kifayətlənmir, həm də müqəddəs şəhidlərimizin ruhunu narahat etməkdən də çəkinmir. Sən demə, camaat şəhid Generalımızın birinci fəxri xiyabanda dəfn olunmasını istəyirmiş…

Nə qədər vicdansız və korafəhm olasan ki, bu gün xalqımızın milli-vətənpərvərliyinin, döyüş əzəmətinin, torpaq sevgisinin üstündə siyasi manipulyasiya edib az qala qan qardaşları olan erməni dığalarının rəğbətini qazanmaq istəyəsən…

Nə qədər alçaq və idbar olasan ki, torpağı, vətəni, milləti üçün canını fəda edən Şəhidlərimizin qanını az qala siyasi alver predmetinə çevirəsən…

Məgər torpağı və əsgəri canından çox sevən Şəhid-General Polad Həşimovun hardasa dəfn olunması müzakirə obyekti olmalıdımı ki, Arif Yunus kimi göstəbəklər siyasi divident qazansın…Polad Həşimov zatən bütün dünya türklərinin könül evində taxt qurdu, özünə əbədi yuva tikdi. Və cənab Arif Yunusov, sən, dığa dəyirmanına su tökən əbləh, fərqinə varırsanmı, Azərbaycan adına danışmağın zövcənlə, qardaşınla birgə siyasi boşboğazlığınızı bir daha ortaya qoyur.

Söyüşoloq, murdar ət parçası olmağı özünə şərəf bilən qabil məmmədovla zövcənizin və özünüzün doğmalığınızı hansı səhifəyə həkk edəcəksiniz? Bəlkə alçaq düşmən tərəfə ötürdüyünüz məlumatları elə o alçaq qabil məmmədovun paçasının arasından üfüləyərək şişirdəndə dönüb geri baxasınız. Bu məmləkətin suyundan içib, çörəyini yemisiz. Düzdü, damar(larınız)ından axan qanın mənşəyinə çox, lap çox şübhələr var, amma və lakin bu şübhələrə bəzək vermək üçün düşmənə irişməyin(iz) heç yerinə düşmür.

Qəribədir, görəsən Arif Yunusun sərsəmləmələrinə Milli Şura babaları nə deyir? Bığlı-saqqalı kişilərin yalançı vətənpərvərliyinin dibçəyi hələ sulanmayıb ki?

Əli Kərimli kimi “cahanşumul” siyasətçinin, Cəmil Həsənli kimi “xaric” qəhrəmanın yunusların çevrəsində fırlanma əmsalı nın aşağı yoxsa, yuxarı qalxmasının ölçüsünü Osmanqızı TV-nin təyinində seyr etdikcə, istər- istəməz ər-zövcə-qayınla Milli Şuranın eşq-məhəbbətinin hardan qığılcım aldığını az qala ağzı əmzikli uşaq da bilir.

Şübhə yoxdu ki, ölkəmiz üçün bu həssas və duyğusal məqamda öz maraqları və tamahları naminə çox provakator-təxribatçıların, düşmən dəyirmanına su tökərək öz tuluğunu doldurmaq istəyənlərin dövlətimiz adına yaraşmayan addımlarına rast olacağıq. Amma bu addımların qarşısını almağa kifayət qədər gücümüz var-istər yunuslar olsun, istərsə də onların züytutanları…

 

Ə.Rüstəmli

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button