Top.Mail.Ru

Uncategorized

Bir ildir bağlı olan Badamdar yolu nə vaxt açılacaq?

Bir ildir bağlı olan Badamdar yolu nə vaxt açılacaq? - “Gərginlik arta bilər”23 oktyabr 2018-ci ildə sürüşmə qeydə alınan Badamdarda yolun hərəkət hissəsi nəqliyyat vasitələri üçün bağlanıb.

Rəsmi qurumlar bu addımın təhlükəsizlik üçün atıldığını açıqlasalar da, sürücülər alternativ yolun bağlı olmasından əziyyət çəkir.

Bir neçə gün əvvəl “Azərsu” ASC sürüşmə zonasında kanalizasiya xətlərinin çəkiləcəyini açılayıb. Bu isə ərazidə problemlərin həlli üçün ümidləri artırır.

Loading...
Yazının davamı reklamdan sonra

Məlumatda bildirilib ki, Səbail rayonunun Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində icra olunan layihə bu ərazidə baş vermiş torpaq sürüşməsinin aradan qaldırılması tədbirləri çərçivəsində ərazidə su təchizatı sistemlərinin və kanalizasiya şəbəkəsinin tamamilə yenidən qurulması qərara alınıb:

“Ərazidə yaranan tullantı suları Salyan şosesində yeni tikilən daşıyıcı xəttə ötürülərək yaxınlıqdan keçən Bayıl-Bibiheybət-Lökbatan kollektoruna yönəldiləcək. Bununla da 10 mindən çox sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.

3-cü yaşayış massivi ərazisində tullantı sularının axıdılmasında da problemlər yaranırdı. Yaşayış massivinin əksər hissəsində kanalizasiya şəbəkəsi mövcud olmayıb. Tullantı suları əsasən açıq kanallara və şambolara axıdılıb. Bu da ərazidə torpaq sürüşmələrinin sürətlənməsinə səbəb olurdu. Buna görə də ərazidə kanalizasiya şəbəkəsinin tamamilə yenidən qurulması qərara alınıb. Hazırda icrasına yeni başlanılmış layihə çərçivəsində ərazidə ümumi uzunluğu 23 km olan kanalizasiya xətləri inşa ediləcək və hər bir ünvanın kanalizasiya sisteminə qoşulması təmin ediləcək. Bununla da həmin ərazidə tullantı sularının axıdılması mərkəzləşdirilmiş qaydada təmin ediləcək”.

Məsələ ilə bağlı Modern.az-a danışan Ekologiyavə Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, Badamdarda kanalizasiya sistemi qurulduqdan sonra sürüşmənin qarşısı tam olaraq alınacaq:

“Rəsmi məlumatlara görə, ərazidə kanalizasiya sistemi qurulması ilə bağlı qərar verilib. Mən hesab edirəm ki, kanalizasiya sistemi qurulduqdan sonra sürüşmənin qarşısı tam olaraq alınacaq”.

Ə.Qaralovun sözlərinə görə, hələlik vəziyyət olduğu kimi qalır:

“Yüngül avtomobillərin hərəkəti üçün yol açılıb. Amma yağışlar intensivləşdikcə gərginlik arta bilər. Çox güman ki, müəyyən hamarlama, terras əmələgəlmə işləri aparılacaq. Bu işlər təmsil etdiyim nazirlik tərəfindən icra olunmayacaq. Əgər kanalizasiya sistemi doğrudan da deyidiyi kimi qurulacaqsa, ərazidə sürüşmə prosesi tamamilə dayanacaq və avtomobillərin hərəkəti də normal qaydada bərpa ediləcək”.

Rəis ərazidə işləyən yapon mütəxəssislərilə bağlı məlumatlı olmadığını qeyd edib:

“Həmin mütəxəssislər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəvət olunmamışdı. Ona görə də bu barədə məlumat verə bilmirəm.
Hazırda tərəfimizdən aparılan vizual müşahidələrə görə elə bir dəyişiklik müşahidə olunmur. Sürüşmənin qaş hissəsində yerləşən 9 ev yerindədir, uçqun, sürüşmə qeydə alınmayıb”.

Qeyd edək ki, 13 oktyabr 2018-ci ildə Badamdar sürüşmə sahəsində sürüşmə baş verib, yolun həmin hissəsində nəqliyyatın hərəkəti dayandırılıb.

Kainat.tv

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button