Top.Mail.Ru

Uncategorized

132 ağacı bir gecədə qırıb yox ediblər-BAKININ DÜZ ORTASINDA » DataLife Engine

132 ağacı bir gecədə qırıb yox ediblər-BAKININ DÜZ ORTASINDA

İnsanlar hər zaman təbiəti qorumaq istəyəndə heç bir mexanizm işləmir. Ağaclar kəsilir, sonra cərimə, cəza yazılır, ancaq kəsilən ağacları yerinə bərpa etmək mümkün olmur.

Ulu Öndərin gözəl kəlamı var. Heydər Əliyev deyirdi ki: “Bir yaşıl ağac kəsiləndə elə bilirəm ki, mənim sağ qolumu kəsirlər”. Ulu Öndərin təbiətə, yaşıllığa bu qədər qiymət verməsinə baxmayaraq, Bakı şəhərində ağac “qətliamı” hələ də davam edir. Bəzən də gözümüzün önündə ağacları məhv edirlər. Növbəti ağac kəsimi hadisəsi isə Bakının düz ortasında olub,132 ağac məhv edilib.
Yol çəkilir deyə ağaclar qırılıb. Buna görə də məsuliyyət birbaşa “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədovun üzərindədir.
Azerinfo.az 132 ədəd ağacın necə məhv edilməsini araşdırmışdı. Xəbər vermişdik ki, bir müddət əvvəl Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid prospektindənƏbdürrəhman Haqverdiyev küçəsinə qədər 800 metr məsafədə yolun genişləndirilməsi ilə bağlı yol tikintisi altına düşən ağacların köçürülməsinə ETSN Dövlət Ekspertiza İdarəsində baxılıb.
Baxış zamanı həmin ərazidə 132 ədəd şəhər yaşıllığına aid ağac- 31 tut, 32 ayland, 5 meliya, 6 qladiya, 2 sərv, 3 şərq çinarı, 10 qarağaç, 4 iydə, 13 göyrüş, 3 ağcaqayın, 10 liqust və sakinlər tərəfindən əkilmiş meyvə ağacları siyahıya alınıb. Bu ağaclar Azərbaycan Nazirlər Kobinetinin 30 avqust, 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə qaydalara əsasən kök torpağı ilə köçürülməli idi. Ancaq ağaclar kökündən çıxarılıb və heç yana köçürülməyib. Hər zaman Heydər Əliyev yoluna sadaqətdən Saleh Məmmədov heç maraqlanmaytıb ki, 132 ağac hara getdi. Bütün bunlar Saleh Məmmədovla Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin rəisi Əlişah Rəcəbovun “qarşılıqlı faydalı” işbirliyi nəticəsində mümkün olub.
Kim cavab verəcək, kim məsuliyyət daşıyır bu 132 ağac üçün? Bir ağacdan ötrü cinayət işi açan , sahibkarları cərimələdən ETSN rəhbərliyi Əlişah Rəcəbovun hərəkətlərinə niyə göz yumur. Oğlunun xaricdə çıxardığı hoqqalarla gündəmə gələn Saleh Məmmədov üçün qanunsuz əməllər törətmək adiləşib. Deyəsən bu Əlişah Rəcəbova da siyarət edib.

Loading...
Yazının davamı reklamdan sonra

Kainat.tv

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button