Top.Mail.Ru
MANŞET

Paşinyanın taxtı silkələnir – 60 min erməni ayağa qalxdı, Putin Koçaryanı… – VİDEO

Video əlavə olunub.

Saytların yığılması Saytların yığılması

xxx

Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı Dağlıq Qarabağ və ətraf əraziləri azad etmək üçün başlatdığı əks-hücum əməliyyatları Ermənistan baş naziri Nikol Paşinyanın hakimiyyətini təhlükə altına atıb.

KAİM.az xəbər verir ki, Azərbaycan Ordusunun ildırımsürətli irəliləyişi Ermənistanda xalqın hakimiyyətə olan etibarını sarsıdıb.

Türk qorxusu

Türk mallarını ölkədə boykot etmək istəyən N.Paşinyan ciddi etirazlarla üzləşib. Ticarətçilər baş nazirin istəyi yerinə yetərsə, batacaqlarını deyib. 60 min kiçik sahibkar baş nazirin bu çağırışını rədd edib. Böyük supermarketlər isə türk mallarını rəflərdən boşaltdıqdan sonra mağazaların böyük hissəsi boş qalıb. Məsələ ilə bağlı açıqlama verən Ermənistan Ticarət Palatasının sədri Vaqram Mirakyan türk mallarına boykot qərarının bir gecədə gerçəkləşdirilməyəcəyini vurğulayıb.

Türkiyənin “Hürriyət” qəzetinin əldə etdiyi sənədə əsasən, Ermənistanın hökumət başçısı daxili çaxnaşmanı yatırmaq üçün “türklər 100 il əvvəl bizi doğradı, bu gün də doğramaq istəyir” təxribatına başlayıb. Amma ona kimsə ciddiyyətlə yanaşmayıb. Paşinyanın xarici siyasətdə də gözlədiyi dəstəyi ala bilməməsi rəsmi İrəvanı çaşdırıb.

Bakı təşvişi

Hakimiyyətinin əvvəlində yumşaq görünən, lakin daha sonra bütün siyasi rəqiblərini həbsə atmağa başlayan Paşinyan siyasi və iqtisadi baxımdan küncə sıxışdıqca xalqına Azərbaycanı hədəf göstərməyə başlayıb.

Rusiyadan ümid kəsildi

27 sentyabrdan etibarən münaqişənin alovlanmasına rəğmən, Rusiyanın kənar siyasət izləməsi də diqqət çəkir. Bu siyasət rəsmi Moskvanın N.Paşinyana isti münasibət bəsləmədiyinin açıq işarəsidir. Paşinyanın həbs etdirdiyi, daha sonra azadlığa çıxardığı sabiq prezident Robert Koçaryana Moskvadan doğum günü təbrik məktubu göndərilməsi isə İrəvana münasibətin “duzu-bibəri” olub.

PKK sevgisi

Cəbhədə ağır itkilər verərək geri çəkilməyə məcbur olan Ermənistan ordusu ümidini Suriyadan gətirilən terror qruplaşmalarına bağlamış vəziyyətdədir. Dağlıq Qarabağa yerləşirilən PKK ünsürlərinin liderləri Ermənistan hökumətində kimlərlə görüşübsə, hamısı arxivləşdirilib.Publika .az

Zümrüd

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir