Top.Mail.Ru

Uncategorized

İrəvana beynəlxalq təzyiqlər başladı — ATƏT-dən tələb » DataLife Engine

İrəvana beynəlxalq təzyiqlər başladı — ATƏT-dən tələbATƏT PA-nın İnsan hüquqları və demokratiya Komitəsinin sədri Marqareta Helen Keyner Ermənistanda aclıq aksiyası nəticəsində həbsxanada ölən siyasi məhbus Mqer Yeqizaryanla bağlı rəsmi İrəvana məktub göndərib.

Kainat.tv “Ölkə.Az”-a istinadən xəbər verir ki, bu haqda ATƏT PA-nın rəsmi tviter hesabında məlumat verilib.

Komitə sədri Yeqizaryanın aclıq aksiyası nəticəsində faciəli şəkildə ölməsindən narahat olduğunu və bu məsələnin araşdırılmasını rəsmi İrəvandan tələb edib.
Xatırladaq ki, dünən ATƏT PA-nın vitse prezidenti Azay Quliyev Ermənistanda həbsxanada ölən siyasi məhbus Mqer Yeqizaryanla bağlı məsələni ictimailəşdirmiş və beynəlxalq təşkilatların bu dəhşətli hadisyə laqeyd qalmasını qəbul edilməz olduğunu bildirmişdi. Bu gün isə ATƏT PA məsələyə münasibət bildirərək narahatlığını ifadə edib və rəsmi İrəvandan məhbusun ölümü ilə bağlı izahat istəyib.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bunu da oxu
Close
Back to top button