Top.Mail.Ru

Uncategorized

Toyunda şəhidlik arzulayan Pəncəli və satqın Abbasov » DataLife Engine

Toyunda şəhidlik arzulayan Pəncəli və satqın Abbasov

Pəncəli Teymurov kimi öz toy günündə özünə Vətənimiz üçün şəhid ola bilməyi diləyən qəhrəman oğulların ruhunu sızladırdı Fəxrəddin Abbasov adlı vətən xaininin, satqınının əməlləri.

Kult.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Rusiyada həbs edilən vətən xaini Fəxrəddin Abbasovun ölkəmizə gətirilməsinə münasibət bildirərkən deyib. Q.Paşayeva qeyd edib ki, F.Abbasovun layiq olduğu cəzanı alacağına inanır:

“Onun layiq olduğu cəzanı alması Vətənimizi bölmək, parçalamaq, zəiflətmək niyyətində olub, xarici qüvvələrə çalışanlara, onların arxasında dayananlara da böyük bir dərs olacaq.

Loading...
Yazının davamı reklamdan sonra

Ziyalılarımızın bu mövqeyi də onlara ciddi bir dərs olacaq. Hər dəfə cənub bölgəmizə səfər edəndə insanlarımızda Vətənimizin bütövlüyünün qorunması, birliyimiz, Qarabağı azad etmək ruhunu, düşüncəsini görməkdən çox məmun oluram. Fəxrəddin Abbasov kimi satqınlar heç zaman məqsədlərinə çata bilməyəcəklər. Bu Vətəni, bu milləti heç kim parçalaya bilməz!

Biz birlikdə güclü Azərbaycanıq!”

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button