Top.Mail.Ru

Uncategorized

Məşqçisi Balayevin kobud səhvindən danışdı » DataLife Engine

Məşqçisi Balayevin kobud səhvindən danışdı

“Daha böyük hesbala qalib gələ bilərdik. Oyunun sonunda özümüz özümüzə əsəbi anlar yaratdıq. Ancaq qorxulu heç nə yoxdur. Əsəbi sonluğu özümüz yaratdıq”.

Qol.az xəbər verir ki, bu sözləri millimizin üzvü Emil Balayevin çıxış etdiyi “Tobol”un baş məşqçisi Vladimir Qazzayev Qazaxıstan Premyer Liqanın son turunda “Aktobe”yə evdə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Qazzayev Balayevin matçın sonunda kobud səhvə yola verərək qapısından qol buraxdığı epizoda haqda da danışıb. O, səhvinə baxmayaraq, qapıçının ümumilikdə etibarlı oynadığını bildirib: “Əsas odur ki, bu səhv yekun nəticəyə təsir etmədi. Balayev ötən oyunlarda olduğu kimi, qapıda çox etibarlı və çox inamlı dayandı. Əlbəttə, böyük ümidlər bəslədiyimiz digər qapıçı Sultan Busurmanova da şans verəcəyik. Həm bugünkü gündə, həm də perspektivdə. Ona görə qarşıdakı görüşlərdə mütləq oynayacaq”.

Xatırladaq ki, Balayev matçın son dəqiqələrində qapısı qarşısında rəqib futbolçusunu aldatmağa çalışıb və topu itirərək hesabın 2:1 olmasına səbəb olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu
Close
Back to top button